Haqqımızda

Haqqımızda

2014-cü ildən etibarən fəaliyyət göstərən , maddi texniki bazası və infrastrukturu, fəal-interaktiv təlim üsullarına əsaslanan metodiki bazası və professional komandası ilə seçilən Reduco Tədris Mərkəzi Sumqayıt, Bakı və Şəmkir filialları üzrə fəaliyyət göstərir.

Hal-hazırda Mərkəz “Cambridge”, “Debrecen”,  “Marbella”, “BPP” Universitetləri, LİLA Education Centre (Britaniya), EC English (Malta), Kaplan, Study Group İnternational kimi universitet, təhsil müəssisəsi və dil mərkəzləri ilə əməkdaşlıq və metodika mübadiləsi edir.

Mərkəz həm də IELTS, ACCA, Pearson kimi beynəlxalq dərəcəli imtahanların hazırlıq və rəsmi imtahan mərkəzidir.

Reduco Tədris Mərkəzi İngilis dili biliklərini təkmilləşdirmək istəyənlər üçün IPC, Maraphone, Englishlab, uşaqların yay tətilinin səmərəli təşkili üçün “Yay məktəbi” kimi layihələri həyata keçirmişdir.
Bundan əlavə intensiv olaraq davam edən Reduco Run layihəsi çərçivəsində müxtəlif sahələr üzrə ölkənin ən tanınmış təlimçilərinin, ekspertlərinin, mütəxəssislərinin  gənclər üçün ödənişsiz seminar və treyninqləri təşkil edilir. Üç ildən artıqdır davam edən bu layihədən ümumilikdə 3000-dən artıq gənc yararlanıb.

Məqsədimiz tələbələrimizdə bugünkü əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşmasına yardımçı olmaqdan ibarətdir.

0 %

Məzunlar

0 =+

Müllimlər

0

Filiallar

0

Tələbələr
>