Məktəbəqədər hazırlıq

Əziz valdeynlər, uşaqların "Məktəbəqədər Hazırlıq" proqramına qeydiyyata start veririk!
Məktəbəqədər hazırlıq (5-7 yaş)
İlkin təhsil dövrü uşağın bütün həyat tərzində və fəaliyyətində dəyişiklik yaradır.
Proqrama daxildir:
1. Ana dili;
2. Riyaziyyat;
3. Məntiq;
4. Psixoloji hazırlıq;
5. 3 aydan sonra isə İngilis dili də paketə əlavə olunacaqdır.
Bundan əlavə uşağın dünyagörüşünün inkişafı, məktəbə psixoloji cəhətdən hazırlanması, intellektual oyunların keçirilməsi də proqramın tərkibinə aiddir.
Ana dili tədrisi – uşaqların idrak, danışıq fəaliyyətlərinin kompleks inkişafı. Bu məşğələlərdə uşaqlar söz ehtiyatını zənginləşdirir, fonematik eşitmə qabiliyyətini inkişaf etdirir, səs-hərif təhlilini öyrənirlər. Yazı qaydalarına öyrədilmə, səliqəli yazma vərdişlərinin aşılanması və əllərin hərəkətinə nəzarət edilməsindən barmaq oyunları, cizgiləmədən ibarətdir.
Riyaziyyat – məntiqi və riyazi təfəkkürün kompleks inkişafı. Uşağın hansı fənni öyrənməsindən asılı olmayaraq o, idrak fəaliyyətində təfəkkürün məntiqi üsulundan istifadə edir. Məşğələlər zamanı uşaqlar həndəsi fiqurları ayırmağı, saymağı, ölçməyi, asan misalları həll etməyi, ümumiləşdirməyi, təsnifləşdirməyi və s. öyrənirlər.
İngilis dili - hazırlıq zamanı uşaq hamının ingilis dilində danışdığı sehrli aləmə düşür. Onun təhsildə yardımçıları nağıl qəhrəmanları və məzəli heyvanlar olurlar. Onlarla sözləri, ifadələri, mahnıları və qafiyələri yadda saxlamaq asan və əyləncəli olur. İngilis dili tədrisi oyun üsullarından istifadə edilməsinə əsaslanır.
Məktəbə psixoloji hazırlıq - məktəb təhsilinə həvəsləndirmə, məntiqi təfəkkürün, səliqəli yazma vərdişinin, məkan oriyentasiyasının, nitqin, yaddaşın, diqqətin və təxəyyülün inkişafı.