Niyə İngilis dili?
reduco blog

Niyə İngilis dili?

Niyə İngilis dili?

İngilis dilində danışmaq etnik mənsubiyyətindən, dilindən, dinindən, rəngindən asılı olmayaraq insana bir sıra fürsətlər yaradır. İngilis dilində danışan insanlar bu dildə danışmayan insanlarla müqayisədə 31% daha artıq pul qazanırlar. Şəxsi səbəblərdən tutmuş maddi və akademik səbəblərə görə insanların bu dili öyrənməkdə öz səbəbləri vardır.

İngilis dilini öyrənmək sizə iş imkanları açıb, həyat səviyyənizi yüksəldəcək.

İngilis dili beynəlxalq dil olmağı ilə yanaşı, həmçinin əsas işgüzar dildir. Əgər kimsə qlobal işçi qüvvəsinə daxil olmaq istəyirsə, bu dili öyrənmək onun üçün çox vacib bir məsələdir. Dünyada aparılan araşdırmalar onu göstərir ki, sərhədlərarası yaradılan işgüzar ünsiyyət ingilis dilində aparılır. Belə ki, ingilis dilinin qlobal bazarda vacibliyi və əhəmiyyəti adiləşdirilə bilməz. Bu dili öyrənmək həqiqətən də sənin həyatını dəyişə bilər!

İngilis dilini bilmədən, sadə tapşırıqları yerinə yetirmək və başqaları ilə qarşılıqlı münasibət qurmaq çox çətin və səmərəsiz ola bilər.

Bundan əlavə, dünyanın ən yaxşı filmləri, kitabları və musiqiləri ingilis dilində istehsal və nəşr olunur.Buna görə də, ingilis dilini öyrənməklə daha çox əyləncəyə və mədəni anlayışa sahib ola bilərsiniz.

İngilis dilini öyrənməyin ən vacib səbəblərindən biri də odur ki, siz uşaqlarınızın ən vacib müəllimisiniz. Uşaqlarınıza nəyisə öyrədərkən nümunə gətirərək öyrədin. Əgər siz təhsilə dəyər verirsnizsə, onlar da verəcək. İngilis dilini öyrənməyin sadəcə valideynlərə deyil, uşaqlara da faydası olacaq.

Biz onu sevsək də, sevməsək də ingilis dili dünyada ən vacib dildir. Rus, fransız, çin və yaxud başqa hansısa dilin beynəlxalq dil olmasını arzulaya bilərik, lakin həqiqət budur ki, dünyanın harasına gedirsən get, ümumi dil ingilis dilidir.