Reduco təhsil mərkəzində növbəti təlim keçirildi
reduco blog

Reduco təhsil mərkəzində növbəti təlim keçirildi

23-24 mart tarixlərində REDUCO təhsil mərkəzinin Şəmkir filialında
müəllimlər üçün “Müəllim və şagird münasibətlərinin effektiv idarə olunması
mövzusu“ üzrə növbəti təlim keçirilmişdir. Təlimdə intriqalar və onların həlli
yolları, motivasiyanın rolu, qızıl orta prinsipi və.s mövzular qeyri-formal tədris
vasitəsilə müəllimlərin nəzərinə çatdırılmışdır. Mövzuyla bərabər müxtəlif
məktəb stuasiyaları üzrə müəllimlərin sualları cavablandırılmışdır.


Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun aparıcı
mütəxəssisi Fəxri Məmmədli tərəfindən keçirilmişdir. Məlumat üçün qeyd edək
ki, "Sinfin idarə olunması”,” NLP” ,”Motivasiya”  və s. təlimləri tədris etməkdə
9 ildən artıq təlimçilik təcrübəsinə malik Fəxri Məmmədli dünyanın fərqli
ölkələrində keçirilən  beynəlxalq əhəmiyyətə malik  konfrans, təlim və
seminarlara iştirakçı,təşkilatçı və ya təlimçi qismində qatılıb. Eyni zamanda
gənclərin inkişafına yönələn layihələrin müəllifi və icraçısıdır. Mədəniyyət
yönümlü məqalələri 10 xarici dilə tərcümə edilmiş , ixtisasla bağlı ekspert
çıxışlarından tv proqramlar tərtib olunmuşdur.