“Reduco”nun dəstəyi ilə BANM-da “İntellektual səfər”...
reduco blog

“Reduco”nun dəstəyi ilə BANM-da “İntellektual səfər” layihəsi həyata keçirilib

Bakı Ali Neft Məktəbinin  tələbələri bu ali təhsil ocağının İntellektual Oyunlar Klubunun təşkilatçılığı, o cümlədən REDUCO Təhsil Mərkəzinin dəstəyi ilə 8 sentyabr 2018-ci il tarxidə “İntellektual səfər” layihəsini həyata keçiriblər.

Layihə Masallı rayonunun “İstisu” adlanan ərazisində həyata keçirilib.  Layihə çərçivəsində tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatda intellektual oyun, Azərbaycan Kub Assosiasiyasının təşkilatçılığı ilə 3x3 formatda “Rubik kubu” yarışı, “Dart oyunu” və digər oyunlar təşkil olunub. Oyunların sonunda qaliblər müəyyənləşiblər və onlara hədiyyələr təqdim olunub.