Reduco İspaniyanın "EU Business School" ilə rəsmi...
reduco blog

Reduco İspaniyanın "EU Business School" ilə rəsmi əməkdaşlığa başlayır

Reduco Tədris Mərkəzi İspaniyanın "EU Business School" Universiteti ilə əməkdaşlığa başlayır.

Bu barədə razılaşma Universitetin nümayəndəsi Alisa Kotovanın Azərbaycana səfəri zamanı əldə edilib.

Tərəflər tələbə mübadiləsi həyata keçirəcək, eyni zamanda Reduco Tədris Mərkəzi sözügedən universitetin metodoloji təcrübəsini öyrənəcək.

Reduco Tədris Mərkəzinin Sumqayıt filialında keçirilən görüşdə əməkdaşlıq perspektivləri, reallaşdırıla biləcək birgə layihələr nəzərdən keçirilib.

Qeyd edək ki, Universitetin İspaniya, Almaniya və İspaniyada kampusları var və bakalavr, magistr və doktorantura üzrə əyani və distant təhsil proqramları həyata keçirir.