Reduco Tədris Mərkəzi Karyera Sərgisi və Əmək Yarmarkasında
reduco blog

Reduco Tədris Mərkəzi Karyera Sərgisi və Əmək Yarmarkasında

Reduco Tədris Mərkəzi Karyera Sərgisi və Əmək Yarmarkasında iştirak edib.

Belə ki, 1 Mart tarixində Bakı Ali Neft Məktəbində (BANM) ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən layihələndirilən və 50-dək şirkətin qatıldığı Karyera Sərgisinə Reduco da qatılıb. Martın 10-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən Əmək Yarmarkasında da Reduco Tədris Mərkəzi təmsil olunub.

Sərgi və yarmarka iştirakçıları Mərkəzimizin stendinə maraq göstərib, vakansiylar, təcrübə proqramları ilə maraqlanıblar.

Qeyd edək ki, bu sərgi və yarmarkada SOCAR, Gilan Holdinq, EY, KPMG, Delloitte, PwC Azerbaijan, Azercell, BP Exploration Caspian Sea Azerbaijan, Atəşgah Siğorta,  Azər Türk Bank, Fireworks HR Agency, Coca-cola Bottlers Ltd, Azərsun Holding, Holday İnn Hotel Baku, JW Marriott Absheron Baku, Rabitabank ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Silk Way Bank, European Tobacco Baku ASC, SOCAR Polymer, Kapital Bank ASC, NOVA Digital Solutions, NOVCO Group və başqa şirkət və müəssisələr də iştirak ediblər.

Tədbirlər iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilib.