İngilis dili

reduco İngilis dili
  • 50
    AZN

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri İngilis dilinin tədrisidir. İngilis dili dərslərində iştirak etmək üçün ilk öncə siz qeydiyyatdan keçərək diaqnostik imtahan verməlisiniz. Bu imtahana əsasən sizin Level-iniz müəyyənləşəcək və siz Level-inizə uyğun qruplarda yerləşdiriləcəksiniz. Dərslər həftədə 3 dəfə hər biri 90 dəqiqə, 1 dəfə isə 2 saat  olmaqla (Conversation) tədris olunur. Dərs vaxtları sizin üçün uyğun vaxtlara təyin edilir. Hər Level-in tədris müddəti 2 ay davam edir. Dərs vəsaitləri Mərkəzimiz tərəfindən təmin edilir. Xatırladaq ki, Reduco Tədris Mərkəzi Cambridge Universitetinin  Azərbaycandakı rəsmi əməkdaşıdır.  Mərkəzimizdəki dərs metodları və müəyyən olunmuş bütün standartlar Cambridge Universitetinin metod və standarları əsasında müəyyənləşmişdir. Dərslər vahid metodiki kurikulum bazadan  (CDD) idarə olunur. Bu metodikanın ən əsas üstünlüyü odur ki, gücləndirilmiş dərs prosesi nəticəsində siz  IELTS kurslarına daha tez və daha asan başlaya bilərsiniz. Metodikanın üstün cəhətlərindən biri də sərbəst danışıq üçün lazım olan bütün section-lara ( listening, reading, writing, speaking) eyni dərəcədə vaxt ayrılmasıdır.

Bundan əlavə Mərkəz tələbələrin İngilis dili vərdislərini təkmilləşdirməkdən ötrü mühüm layihələr həyata keçirmişdir. Əsası IPC ilə (Individual Practice Challange) başlayan bu layihələr Marafon, EnglishLAB kimi daha təkmilləşmiş formada tələbələrə təqdim edilmişdir. Bu layihələrə əsasən əgər siz listening, speaking vərdişlərinizi inkişaf etdirmək istəyirsinizsə, , iş intervyularında, real iş mühitində e-mailing prosesində, İngiliscə alt yazılı filmlərin başa düşülməsində və s. çətinliklərlə qarşılaşırsınızsa, bizə müraciət edə bilərsiniz. Layihələr hər gün 9:00-21:00 arası xüsusi maderatorların bələdçiliyi ilə  təşkil olunur.

Mərkəzimizin əlavə xidmətlərindən biri də dərslərdəki dinamikanın izlənməsi üçün proqres imtahanlarında iştirakdır. Belə ki, siz hər 5 dərsdən bir, dərsə daxil olmayan əlavə vaxtda Mərkəzə gələrək keçilənlərə aid imtahanda iştirak edə bilərsiniz. Bu imtahanlar həm sizə, həm müəllimə sizin zəif nöqtələrinizi müəyyənləşdirməyə və məhz onlar üzərinə fokuslanmağa imkan yaradacaq.

Dərslər beynəlxalq sertifikatlı müəllimlər tərəfindən tədris edilir.